Həbsxanada olan həmyerlisini ziyarət etməyə gələn Gürcüstan vətəndaşından heroin tapılıb

Həbsxanada olan həmyerlisini ziyarət etməyə gələn Gürcüstan vətəndaşından heroin tapılıb
# 08 oktyabr 2007 13:35 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları vətəndaşlardan külli miqdarda narkotik vasitələr aşkar edərək götürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 6-da saat 17.15 radələrində DİN Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Bakı-Qazax yolundakı daimi postunda Quba rayon sakini Nail Eldarovun idarə etdiyi “QAZel” avtomaşına nəzarət qaydasında baxış keçirilib. Baxış zamanı avtomaşının salonunda 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17 qram olan marixuana aşkar edilib. Sürücü və sərnişini, həmyerlisi Vaqif Mirzəyev Goranboy RPŞ-yə təhvil verilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ-nin əməkdaşları əvvəllər məhkum olunmuş Elçin Əliyevdən 0,192 qram heroin, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Rüfət Muqumovdan 6,8 qram marixuana, Sabunçu RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əmirxanovdan 0,420 qram heroin, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Famil Bayramovdan 0,047 qram heroin götürüblər. Nizami RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Gürcüstan vətəndaşı Turac Əliyevlə görüşə gəlmiş həmyerlisi Eldar Əliyevin çantasına baxış zamanı 7,691 qram heroin aşkar edilərək götürülüb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəridə Kunqurovadan 5,704 qram heroin və 30 ədəd fenobarbital dərman həbləri tapılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR