4 oğurluq faktının üstü açılıb

4 oğurluq faktının üstü açılıb
# 08 oktyabr 2007 14:07 (UTC +04:00)
Avtomobildən oğurluq etməyə cəhd göstərən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də Ə. Cəmil küçəsində naməlum şəxs Bakı şəhər sakini Mətin Talışlıya məxsus “Subaru” markalı avtomaşından şüşəni sındırmaq yolu ilə idman çantasını oğurlamağa cəhd göstərib. Yasamal RPİ-nin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Fariz Sadıqov tutulub.
Sumqayıt ŞP-nin əməkdaşları şəhər sakini Tofiq Əmiraslanovu saxlayıb. T. Əmiraslanov oktyabrın 6-da 4-cü mikrorayon ərazisində şəhər sakini Tural Məhərrəmova qarşı zor tətbiq edərək 60 manatını və mobil telefonunu almaqda təqsirləndirilir.
Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Elşad Tağıyevi saxlayıb. O, oktyabrın 6-da Gəncə prospektindəki 89 saylı binada liftin mühərrikinin mis sarğılarını sökərək oğurlamağa cəhd göstərib.
Lənkəran ŞRPŞ əməkdaşları isə Lənkəran rayon “Balıq” Səhmdar Cəmiyyətinə məxsus konserv sexindən elektrik avadanlıqlarını sökərək oğurlayan şəxsi həbs edib. Bu, rayon sakini Rasim Cavadovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR