“British Airways” aviaşirkətinin ekipaj üzvləri Azərbaycan paytaxtında qəzaya düşüblər

“British Airways” aviaşirkətinin ekipaj üzvləri Azərbaycan paytaxtında qəzaya düşüblər
# 09 oktyabr 2007 08:42 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Sadiq Həsənov APA-ya bildirib ki, Böyük Britaniyanın “British Airways” aviaşirkətinin ekipaj üzvlərini daşıyan “Kia” markalı mikroavtobusla “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində hər iki maşının sürücüsü və mikroavtobusun sərnişinləri müxtəlif bədən xəsarəti alıblar. Yaralılar arasında həyati təhlükəsi olan yoxdur. “MedClub” Klinikasına çatdırılan yaralıların əksəriyyəti artıq evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR