Zaqatalada 4 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib

Zaqatalada 4 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib
# 09 oktyabr 2007 14:26 (UTC +04:00)
Zaqatalada 4 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində Zaqatalanın Qımır kəndi ərazisində Xaldan-Balakən magistral yolunun 119-cu kilometrliyində baş verib. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Məmməd oğlu Mustafayev idarə etdiyi “Human Baku” MMC-yə məxsus maşınla Zaqatalaya doğru hərəkət edərkən, qarşıdan gələn Zaqatala rayon Mosul kənd sakini, 1962-ci il təvəllüdlü Məmməd Darçın oğlu Məmmədovun idarə etdiyi “PAZ” markalı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində Fərid Mustafayev ağır, avtobusun sürücüsü və avtobusda olan 2 sərnişin isə yüngül bədən xəsarəti alıb. Yaralılar Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın bölgə bürosuna bildirilib ki, sürücü Fərid Mustafayevin vəziyyəti ağır olaraq qalır. Digər xəsarət alanların isə səhhətində ciddi problem yoxdur. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, yol qəzasının baş verməsinə Fərid Mustafayevin idarə etdiyi maşınla hərəkət istiqamətini itirərək yolun əks istiqamətinə çıxması səbəb olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb və təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR