İki yol qəzasında iki nəfər ölüb

İki yol qəzasında iki nəfər ölüb
# 10 oktyabr 2007 17:06 (UTC +04:00)
Sabunçu dairəsi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə vətəndaşı Türker Ömer Bilecikin idarə etdiyi “Mercedes-180” və Sabunçu qəsəbə sakini Rövşən Məhərrəmovun idarə etdiyi “Mercedes-200” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış Türker Ömer Bilecik, habelə R. Məhərrəmovun arvadı Aynurə və onun 1 yaşlı qızı Validə xəstəxanaya yerləşdirilib. Validə orada vəfat edib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Ağcabədi rayonunun Təzəkənd kəndində Beyləqan rayon sakini Aman Abbasov “VAZ-2106” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə A. Abbasov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - həmyerlisi Nazlı Həziyeva və Ağcabədi rayon sakini Zeynəb Soltanmuradova xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR