100 min manata yaxın dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

100 min manata yaxın dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
# 18 fevral 2021 12:32 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Roza Qədirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Roza Qədirova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, Roza Qasımova tanışı olan şəxsi oğlunun müalicəsini falçı vasitəsi ilə həll edəcəyini deyib. O bu məqsədlə ondan 96 min alaraq zərərçəkəni aldadıb. Zərərçəkənin şikayəti əsasında R. Qasımova saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR