Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb
# 07 mart 2020 09:46 (UTC +04:00)

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

35 yaşlı qadının hamilə olduğu bildirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR