Abşeron sakini 3 kq heroinlə tutulub

Abşeron sakini 3 kq heroinlə tutulub
# 08 yanvar 2021 12:27 (UTC +04:00)

Bakıda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanılıb. İdarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı 3 kiloqramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR