Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var
# 24 iyun 2020 11:43 (UTC +04:00)

Ağdamda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini Əsədov Nazir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı 90 HR 232 dövlət nömrəli avtomobil qarşıdan gələn, həmkəndlisi Zeynalov Sabir İmamverdi oğlunun idarə etdiyi “VAZ- 2107” markalı 10 LV 455 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə N. Əsədov müxtəlif bədən xəsarəti alaraq təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR