Ağstafada bibisinin evindən oğurluq edən şəxs tutulub

Ağstafada bibisinin evindən oğurluq edən şəxs tutulub
  • Clock-gray 10:28
  • calendar-gray 31 Mart 2021

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini Sarı Əmirov sinif yoldaşı Vüsal Böyükkişiyevlə qabaqcadan əlbir olaraq, bibisinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 3000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayon ərazisində digər analoji cinayət hadisəsi törətmələri aşkar edilib. Belə ki, həmin şəxslər rayonun Dağ Kəsəmən kəndində digər bir evə qanunsuz yolla daxil olaraq oradan da müxtəlif məişət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Fuad Nazimoğlu

Digər xəbərlər