Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb
# 25 mart 2020 16:47 (UTC +04:00)

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gəncə şəhər sakinləri – 1976-cı il təvəllüdlü Eyvazova Gülnarə İbrahim qızı, 1975-ci il təvəllüdlü Nəsibova Elnarə Namaz qızı və Qazax rayon sakini, 1959-cu il təvəllüdlü Həsənov Cahangir Məhəmmədəli oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR