Ağsuda avtomobil aşıb, ölən var

Ağsuda avtomobil aşıb, ölən var
  • Clock-gray 17:54
  • calendar-gray 26 Sentyabr 2020

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini, 1973-cü il təvəllüdlü Şirinov Qərib Fərman oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər