Astara sakinindən 9 kq narkotik götürülüb

Astara sakinindən 9 kq narkotik götürülüb
# 30 iyul 2020 11:38 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Lənkəran rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2 qramdan artıq tiryək aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 6 kiloqram 475 qram tiryək, 855 qrama yaxın heroin, 904 qrama yaxın metamfetamin və 1 kiloqram 885 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR