BŞBPİ: Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb

BŞBPİ: Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb
  • Clock-gray 18:47
  • calendar-gray 28 May 2020

"Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır".

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, azyaşlının məcburi əməyə  ̶  dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb. Suraxanı RPİ 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə, parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Səlcuq Elçin

Digər xəbərlər