BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb

BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb
# 16 fevral 2020 16:35 (UTC +04:00)

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR