Bakı polisi Sumqayıt sakinindən narkotik götürüb

Bakı polisi Sumqayıt sakinindən narkotik götürüb
# 30 mart 2020 11:03 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin Post Patrul bölüyünün əməkdaşları ərazidə xidmət apararkən bir nəfərin özünü şübhəli apardığını müşahidə ediblər.

Polis əməkdaşları Sumqayıt sakini, 1970-ci il təvəllüdlü F. Xəlilovun üzərində axtarış aparılıblar. Bu zaman ondan 0,062 qram heroin, 3, 009 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR