Bakı sakini qəbiristanlıqda döyülüb

Bakı sakini qəbiristanlıqda döyülüb
# 23 yanvar 2020 12:25 (UTC +04:00)

Bakı sakini döyülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, pulunun olmadığını dediksə isə döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR