Bakı sakinini oğurlayıb, 30 min manat tələb edən dəstə üzvlərinin məhkəməsi başlayır

Bakı sakinini oğurlayıb, 30 min manat tələb edən dəstə üzvlərinin məhkəməsi başlayır
  • Clock-gray 09:49
  • calendar-gray 17 İyul 2020

Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri - Allahverdiyev Vasif Dursun oğlu, Hüseynov Şaiq Firdovsi oğlu, Fəqan Eminoğlu, Qasımov Elçin Tofiq oğlu, Rəsulova Fərəh Fətulla qızı, Kazımlı Niyaməddin Sabir oğlu, Abbasova Aygün Bayram qızı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxlər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. 

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr  ayında baş verib. Paytaxt sakini Hüseyn Əsgərov 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilmədiyi üçün sentyabrın 9-da oğurlanıb. 

Onun kriminal aləmin nümayəndələri tərəfindən A. Abbasovanın istəyi ilə oğurlandığı məlum olub. H.Əsgərov əvvəlcə Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib, daha sonra məcburi qaydada avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Orada H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər.

Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Polisin keçirdiyi əməliyyatla H.Əsgərov azad edilib və dəstə üzvləri saxlanılıblar.

Dəstə üzvləri -  Allahverdiyev Vasif Dursun oğlu, Hüseynov Şaiq Firdovsi oğlu, Fəqan Eminoğlu, Qasımov Elçin Tofiq oğlu, Rəsulova Fərəh Fətulla qızı,  Kazımlı Niyaməddin Sabir oğlu və sifarişçi Abbasova Aygün  Bayram qızına Cinayət Məcəlləsinin 144.2.3 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu) və 144.2.6-cı (Tamah məqsədilə və sifarişlə adam oğurluğu) maddələri ilə ittiham verilib.

Səlcuq Elçin

Digər xəbərlər