Bakı və Şamaxıda evlərdən oğurluq edən şəxslər tutulub

Bakı və Şamaxıda evlərdən oğurluq edən şəxslər tutulub
# 08 dekabr 2020 12:39 (UTC +04:00)

Bakı və Şamaxıda mənzillərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Ə.Şabanov saxlanılıb.

Bundan başqa, Şamaxı rayonunda isə evlərin birindən 1135 manat dəyərində məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR