Bakı və Samux sakinlərindən odlu silah götülüb

Bakı və Samux sakinlərindən odlu silah götülüb
# 09 fevral 2021 11:18 (UTC +04:00)

Bakı və Samux sakinlərindən odlu silah götülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini S.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəng aşkar edilərək götürülüb.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini N.Dünyamalıyevdən “İJ” markalı ov tüfəngi götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR