Bakıda 2 avtomobil mikroavtobusa çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

Bakıda 2 avtomobil mikroavtobusa çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
  • Clock-gray 04:29
  • calendar-gray 25 Dekabr 2020

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb.

"Hyundai" və "Mercedes" markalı nəqliyyat vasitələri "Hyundai" markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobillərində olan 1993-cü il təvəllüdlü Məmmədli Fazil Əhməd oğlu və 1971-ci il təvəllüdlü Məlikzadə Zeynalabdin Malik oğlu, 1996-cı il təvəllüdlü Abdulrəhmanov Orxan Qabil oğlu və 2001-ci il təvəllüdlü Sadıqova Mehin Faiq qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Məlikzadədən başqa digər üç nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri bildirir ki, qəza zamanı işıqfor işləməyib.

Nurlan Əli

Digər xəbərlər