Bakıda Hava limanı istiqamətində şossedə piyadanı avtomobil vuraraq öldürüb - FOTO

Bakıda Hava limanı istiqamətində şossedə piyadanı avtomobil vuraraq öldürüb - FOTO
# 08 aprel 2021 21:57 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb.

İsmayıl Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobil ilə hərəkətdə olan zaman qəfil onun qarşısında piyada çıxıb. Avtomobilin vurması nəticəsində təxminən 55-60 yaşlı kişi hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs piyada üçün müəyyən edilməmiş hissədən keçib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR