Bakıda avtobus yük maşını ilə toqquşub

Bakıda avtobus yük maşını ilə toqquşub
# 23 fevral 2020 06:51 (UTC +04:00)

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA xəbər verir ki, hadisə Bakı-Salyan yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində baş verib.

Hərəkətdə olan "Ford Transit" markalı avtomobillə 164 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Hadisə zamanı "Ford" markalı avtomobilin sərnişini - 1992-ci il təvəllüdlü İbrahimli Əsgər Namiq oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR