Bakıda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

Bakıda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
# 17 dekabr 2019 23:23 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fərhad oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə olan sərnişinlər - 1995-ci il təvəllüdlü Muradov Fuad Firuz oğlu və 1997-ci il təvəllüdlü Əliyev Taleh Nəriman oğlu xəsarət alıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. F.Muradovun qaraciyəri ağır zədələndiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR