Bakıda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTO
# 13 fevral 2020 00:29 (UTC +04:00)

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Sürücü Hüseyn Əzizovun yüksək sürətlə idarə etdiyi "VAZ 2171" ("Lada Priora") markalı minik maşını yolda quraşdırılan işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücünün ağır xəsarət aldığı deyilir. O, xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Qəzadan sonra yolda uzun tıxac yaranıb. Avtomobillərin hərəkətinin bərpa edilməsi üçün əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR