Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 15 mart 2021 13:33 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 14-də saat 6 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini X.Niftəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini P.Səfərovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR