Bakıda avtomobillə vurulan piyada ölüb

Bakıda avtomobillə vurulan piyada ölüb
# 21 dekabr 2020 11:16 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Məmmədbəyli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Qüdrət İsmayılovu vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR