Bakıda binanın damında asılı qalan dəmir parçası təhlükəsiz hala gətirilib

Bakıda binanın damında asılı qalan dəmir parçası təhlükəsiz hala gətirilib
# 13 fevral 2020 09:14 (UTC +04:00)

Bakıda binanın damında dəmir parçası asılı vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada yerinə bərkidərək təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR