Bakıda itkin düşən şəxs Türkiyədə tapılıb

Bakıda itkin düşən şəxs Türkiyədə tapılıb
  • Clock-gray 10:22
  • calendar-gray 28 Yanvar 2020

Bakıda itkin düşən şəxs tapılıb.

APA-nın məlumatına görə, ötən il dekabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1986-ci il təvəllüdlü Orxan Əliyev evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu ilin yanvarın 1-də O. Əliyevin valideynləri onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həmin müraciətə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları axtarış tədbirlərinə start verib. Axtarış tədbirləri nəticəsində O.Əliyevin Türkiyəyə getdiyi məlum olub. 

Bu səbəbdən O.Əliyevin axtarışı dayandırılıb və ailəsinə məlumat verilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date