Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 6 nəfər cərimələnib

Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 6 nəfər cərimələnib
# 05 iyun 2020 11:48 (UTC +04:00)

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb.

APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında “Bermud” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR