Bakıda keçmiş məhkumdan 1 kq-dan çox heroin aşkarlanıb

Bakıda keçmiş məhkumdan 1 kq-dan çox heroin aşkarlanıb
# 22 yanvar 2020 09:22 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik alverində təqsirli bilinərək məhkum edilən, 1992-ci il təvəllüdlü Rafiq Mehdiyev saxlanılıb.

Onun üzərinə və əşyalarına baxış keçirilərkən əlində olan göy rəngli sellefondan 1 kq 108 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR