Bakıda keçmiş məhkumdan narkotik götürülüb

Bakıda keçmiş məhkumdan narkotik götürülüb
# 24 mart 2021 15:05 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Xəzər rayonu ərazisində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Mürsəlovdan 10,230 qram heroin götürülüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O.Mürsəlovun evinə baxış zamanı 2 kiloqram 160 qram heroin, 358,097 qram metamfetamin, 215 qram marixuana, 61,613 qram tiryək, 120 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR