Bakıda keçmiş məhkumlardan silah-sursat götürülüb

Bakıda keçmiş məhkumlardan silah-sursat götürülüb
# 22 yanvar 2021 12:57 (UTC +04:00)

Bakı və Cəlilabad sakinlərindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvəllər məhkum olunmuş Z.Soltanovdan nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Bundan başqa, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Yusifovun evinə baxış zamanı oradan “TT” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR