Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb, vəziyyətdə ağırdı

Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb, vəziyyətdə ağırdı
# 06 dekabr 2019 04:57 (UTC +04:00)

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsi, 4 ünvanında qeydə alınıb.

1975-ci il təvəllüdlü Xankişiyev Nurkişi Babakişi oğluna naməlum şəraitdə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR