Bakıda köçkün yataqxanasında yanğın söndürülüb - YENİLƏNİB-1

Bakıda köçkün yataqxanasında yanğın söndürülüb - YENİLƏNİB-1
# 24 fevral 2021 13:05 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

10.49

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

***

09:26

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

APA xəbər verir ki, yanğın binanın damından başlayıb.

Hadisə yerinə Fövqəladə Halların Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR