Bakıda minik, Qəbələdə yük avtomobili yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonunda “QAZ” markalı yük avtomobilinin mühərriki və kabinə hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Paytaxtın şəhərinin Nizami rayonunda isə “Mercedes” markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.