Bakıda minik avtomobili dərəyə aşıb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakıda minik avtomobili dərəyə aşıb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
# 06 fevral 2021 00:02 (UTC +04:00)

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Zülfüqarzadə Hikmət Fikrət oğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman avtomobil dərəyə aşıb.

Nəticədə H.Zülfüqarzadə ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Əraziyə polislər cəlb edilib.

***

22:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonu ərazisində “Chery” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR