Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 13 dekabr 2019 14:49 (UTC +04:00)

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR