Bakıda parkda bıçaqlanma olub

Bakıda parkda bıçaqlanma olub
# 17 mart 2021 05:49 (UTC +04:00)

Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə İzmir küçəsində yerləşən parkda baş verib.

Əmircan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Nəbiyev Vüsal Etibar oğluna naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi vurulub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR