Bakıda qadın evdə bıçaq xəsarətləri alıb

Bakıda qadın evdə bıçaq xəsarətləri alıb
# 22 fevral 2020 02:12 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nəsirəddin Tusi küçəsi 29 ünvanında qeydə alınıb.

1972-ci il təvəllüdlü Gözəlova Səhranə Ruhulla qızı evdə naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı Xətai Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR