Bakıda quldurluq edən 3 nəfər tutulub

Bakıda quldurluq edən 3 nəfər tutulub
# 28 fevral 2020 11:32 (UTC +04:00)

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar rayon sakini A.Əliyev Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra isə “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR