Bakıda silahlı şəxslər tutulub

Bakıda silahlı şəxslər tutulub
  • Clock-gray 12:54
  • calendar-gray 20 İyul 2020

Bakıda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramovun paytaxtın Nizami rayonu ərazisində kirəyədə yaşadıqları mənzilə baxış zamanı oradan “STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana  aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər