Bakıda taksi sürücüsünə qarşı quldurluq olub

Bakıda taksi sürücüsünə qarşı quldurluq olub
  • Clock-gray 13:00
  • calendar-gray 27 İyul 2020

Bakıda taksi sürücünə xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iyulun 22-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində 3 qəsəbə sakini H.Məmmədovun idarə etdiyi “Chevrolet” markalı  avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmələri, sonradan bıçaqla hədələyərək baş nahiyəsinə xəsarət yetirib avtomobildən düşürərək həmin nəqliyyat vasitəsi ilə getmələri barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev, Bakı şəhər sakini F.Başaəli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

Polis əməkdaşları tərəfindən avtomobil Masazır qəsəbəsi ərazisindəki dayanacaqdan tapılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər