Bakıda yol qəzası sıxlığa səbəb olub

Bakıda yol qəzası sıxlığa səbəb olub
# 10 avqust 2020 09:56 (UTC +04:00)

Bakıda Q. Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mayıs Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

M. Ağayev qeyd edib ki, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR