Balakəndə hündürlükdən yıxılan şəxs ağır xəsarət alıb

Balakəndə hündürlükdən yıxılan şəxs ağır xəsarət alıb
# 28 mart 2020 00:05 (UTC +04:00)

Balakəndə 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Şanbul kənd sakini, 1961-ci il təvəllüdlü Teymur Mahama oğlu Borbaşov komatoz vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı T.Borbaşovun yaşadığı ünvanda mal tövləsindən yıxılaraq ağır qapalı kəllə-beyin travması aldığı məlum olub. T.Borbaşovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR