Biləsuvar sakini dayısını qətlə yetirib

Biləsuvar sakini dayısını qətlə yetirib
  • Clock-gray 14:29
  • calendar-gray 02 Aprel 2021

Biləsuvarda qətl hadisəsi olub. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, Biləsuvar sakini İlqar Həsənli bacısı oğlu Röyal Qubadov tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər