Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib

Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib
  • Clock-gray 12:38
  • calendar-gray 11 Dekabr 2020

Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Bəydili kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gəlib, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən Bəydili kənd sakini A. Məmmədov karantin rejiminin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

Tural Kərimov

Digər xəbərlər