Bərdədə 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırıldığını iddia edir

Bərdədə 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırıldığını iddia edir
  • Clock-gray 12:59
  • calendar-gray 09 Mart 2021

Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.   

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü  Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ə. Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Habil Aslanoğlu

Digər xəbərlər