Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib
# 06 aprel 2021 09:57 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış İmişli rayon sakini Yadulla Qurbanov Lənbəran kəndi ərazisində müəyyən edilib. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı İmişli rayonuna geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR