Cəlilabadda karantin qaydalarını pozaraq piknikə gedənlər saxlanılıb

Cəlilabadda karantin qaydalarını pozaraq piknikə gedənlər saxlanılıb
  • Clock-gray 09:28
  • calendar-gray 30 İyul 2020

Cəlilabadda karantin qaydalarını pozaraq piknikə gedən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan E.Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri N.Qasımov, H.Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada gəldikləri müəyyən edilib.

Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub. Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

 

Tural Kərimov

Digər xəbərlər